Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, azğın vəhhabi firqəsinin cinayətləri sanki səngimir. Gün keçmir ki, Suriya və İraqdan bir vəhşilik xəbəri gəlmiş olmasın.
Belə ki, vəhhabi ünsürlərinin sosial şəbəkələrdə yayımladığı məlumata görə, son olaraq Suriyanın Duma şəhərində terroristlərin özlərinə qurduqları bir məhkəmə qərarı bir şəxsin öncə ictimaiyyət qarşısında başını kəsib ardınca da çarmıxa çəkərək nümayiş etdiriblər.
Qondarma məhkəmə qərarına görə, başı kəsilən şəxs kafir olmaq, zina etmək, adam qaçırmaq və narkotik maddələrdən istifadə etməkdə günahlandırılıb.
P.S: Qeyd edək ki, terroristlər tərəfindən qurulan məhkəmənin qərarına əsasən bütün vəhhabi ünsürlərinin başlarının kəsilməsi labüd bir məsələyə çevrilir. Ona görə ki, sələfilər “Nikah Cihadı” adı ilə ZİNANI sadələşdirərək bir birilərinin namusları ilə intim yaşayışı halal bilirlər.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır