Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq Milli Ordusu və xalq kütləsindən ibarət İslami Müqavimət Hərakatının Könüllü Dəstələri, Allahsız sionistyönlü qondarma “İŞİD”çilərə qarşı apardıqları təmizlənmə əməliyyatları yorulmadan davam etdirirlər.
Hadisə yerindən əldə etdiyimiz məlumata görə, İraq Milli Ordusu və xalq kütləsindən ibarət İslami Müqavimət Hərakatının Könüllü Dəstələri Bəqubə şəhərinin şimal qərbindəki Əzim su bəndini tam sürətdə azad edərək məntəqəyə nəzarət yenidən bərpa ediblər.
Əzim su bəndinin təhlükəsizliyini bərpa etmək məqsədi ilə həyata keçən “İŞİD-çilər Ovu” adlı anti-terror əməliyyatları sonda növbəti strateji məntəqənin vəhhabi yaraqlılarından geri alınaraq, ətraf məntəqənin tamamilə təmizlənməsi ilə nəcilənib.
Belə ki, qeyd olunan əməliyyat yaraqıların Əzim su bəndi məntəqəsi ilə Amurli, Tuzxurmatu və Kərkuk şəhərlərinə nüfuz edə biləcəklərinin qarşısını alıb.


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır