Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Kataloniyada referendumda iştirak edənlərin 80 faizi müstəqilliyə "hə" deyib.
İspasniya Konstitusiya Məhkəməsi rəsmi referendumu məqbul hesab etməsəs də, bazar günü ölkənin şimal-şərqindəki muxtar regionda simvolik səsvermə keçirilib.
5,4 milyon seçicidən iki milyondan çoxu səsvermədə iştirak edib.
Kataloniya lideri Artur Mas səsverməni "böyük uğur" adlandırıb. Onun sözlərinə görə, nəticə rəsmi referendum üçün yolu açmalıdır. "Referendum keçirməyə haqq qazanmışıq. Kataloniya bir daha göstərib ki, o, özünü idarə etmək istəyir", - Mas deyib.
"Mediadan, həmçinin dünyadakı demokratik hökumətlərdən xahiş edirəm ki, Kataloniya xalqına öz siyasi gələcəklərini müəyyən etməyə kömək etsinlər", o əlavə edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır