Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq Daxili İşlər Nazirliyi İmam Hüseyn (əleyhi səlam) əzadarlıq mərasimi ilə, əlaqədar xarici dövlətlərdən bu ölkəyə gələn vətəndaşlar barədə sərəncam qəbul edib.
İraq DİN-in qəbul etdiyi sərəncamda bildirilir: İraq Dövlət Rəsmilərinin qəbul etdikləri qərara əsasən Amerika, Qərb və Uzaq Şərq ölkə vətəndaşlarının İraqa girişi qadağandır.
İraq Daxili İşlər Nazirliyinin çıxardığı qərara görə, qeyd olunan qərar yalnız İmamın 40-na kimi öz qüvvəsində qalır.
Sərəncama əsasən, İmamın 40-na kimi yalnız İran İslam Respublikası, Livan və Fars Körfəzi ölkələrin vətəndaşları aldıqları viza ilə, azad sürətdə İraqa daxil olmaq icazələri vardır.
Qeyd edək ki, İraq DİN-in qəbul etdiyi sənəddə bildirilir ki, İmamın 40-na kimi İraq Respublikasına girişi qadağan olan ölkə vətəndaşları Muhərrəm və Səfər aylarında yalnız rəsmi şirkətlərin yolu ilə, ölkəyə daxil ola bilərlər.
Bildirək ki, İraq Daxili İşlər Nazirliyinin belə bir qərar qəbul etməsi Türkiyə, ABŞ, Qərb İttifaqı, İngiltərə, israil sionist rejimi və Ərəb Liqası qüvvələrinin dəstəklədikləri qondarma “İŞİD” adlı terrorçuların Muhərrəm və Səfər aylarında törədə biləcəkləri cinayətlərin qarşısını almaq məqsədi ilə olub.
Xatırladaq ki, hal hazırda ABŞ, İngiltərə, Fransa, Almaniya, Danimarka, Avstrya, İsveç, Hollandiya, Azərbaycan, Dağıstan, Çeçenistan, İnquşetiya, Osetiya, Tacikistan, Özbəkistan, Kazakıstan, Çin, İndoneziya, Malaziya, Avstraliya və s. ölkə vətəndaşları Suriya və İraqda kütləvi sürətdə terror aktları həyata keçirir, körpə uşaqların başlarını kəsir, qadın və qocaları öldürür, cavanları kütləvi qırğınlara məruz qoyurlar.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır