29 oktyabr 2014 - 23:32
Ramiz Mehdiyevin Hicaba dirəndiyi vaxta Zəngilansız 21 il... – Foto

1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə Şəhid verən Zəngilan işğala məruz qalan daha doğrusu satılan ən sonuncu rayon olub.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Oktyabrın 29-da Azərbaycan Respublikasının Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 21 ili tamam olur.

1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə Şəhid verən Zəngilan işğala məruz qalan daha doğrusu satılan ən sonuncu rayon olub.

Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran İslam Respublikasının ərazisinə keçməkdə görüb. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı.

Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır