Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bu gün ruhaninin yaxınları onun vəziyyəti ilə maraqlanmaq üçün 13 saylı CÇM-ə gedib.
Hacı Abgül Süleymanovun vəziyyəti ilə maraqlanmaq üçün həbsxanaya gedən qohumlarına bildirilib ki, Hacı Abgül Süleymanov hələ də cərimə kamerasında saxlanılır və "kars"da da qalacaq. Cərimə kamerasından da Qobustanda yerləşən qapalı tipli cəza çəkmə müəssisəsinə köçürüləcək. Buna səbəb kimi isə həbsxanada yaranmış insident göstərilib.
Xatırladaq ki, bir müddət öncə AİP lideri Hacı Möhsün Səmədov da, saxlanıldığı 11 saylçı CÇM-dən 12 saylı CÇM-ə köçürülüb, cərimə kamerasında saxlanılıb və daha sonra Qobustana göndərilirməyinə qərar verilib. Hacı Tale Bağırov da saxlanıldığı 12 saylı CÇM-də cərimə kamerasına salınıb.
Qeyd edək ki, Azərbaycan hakimiyyətinin bu kimi qərəzli addımları başa düşüləsi deyil.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır