23 oktyabr 2014 - 13:44
Ottava: Kanada Parlamenti daxilində atəş açan şəxs öldürüldü

Belə ki, yerli vaxt 10:00 radələrində naməlum şəxs ölkə parlamentin yaxınlığında yerləşən Ottava Milli Hərbi Memorial yaxınlığında odlu silahdan atəş açaraq, daha sonra parlament binasına daxil olub, bina daxilində odlu silahdan onlarla atəş açıb. Atəş açan şəxs parlament daxilində polis alayları tərəfindən öldürülüb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ottava Polisi, çərşənbə günü səhər radələrində Kanada paytaxtında baş verən və ən azı üç silahlı hadisəni araşdırır.

Belə ki, yerli vaxt 10:00 radələrində naməlum şəxs ölkə parlamentin yaxınlığında yerləşən Ottava Milli Hərbi Memorial yaxınlığında odlu silahdan atəş açaraq, daha sonra parlament binasına daxil olub, bina daxilində odlu silahdan onlarla atəş açıb.

Kanadada yayımlanan CBC TV kanalının məlumatına görə, atəş açan şəxs parlament daxilində polis alayları tərəfindən öldürülüb.

Şahidlərin sözlərinə görə isə, silahlı bir kişi, müharibə qurbanlarına ucaldılmış abidələr yaxınlığında duran keşikçi əsgərlərə atəş açıb.

Kanada mətbuatına görə, atışma zamanı bir əsgər yaralanıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır