Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqın Anbar vilayətində terror təşkilatı İŞİD-in 45 üzvü ölü olaraq ələ keçirilib
bu barədə Anbar əməliyyatlarına rəhbərlik edən general-leytenant Rəşid Felih 30 İŞİD üzvünün ələ keçirildiyini bildirib.
İraq ordusuna bağlı “Əl-Cezira və Əl-badi” qrupunun komandiri Ziya Kazım isə Ramadinin qərbindəki Hadise mahalında koalisiya qüvvələrinin hava hücumlarından sonra 15 İŞİD üzvünün ölü olaraq ələ keçirildiyi deyib. O, terror qruplaşmasına məxsus ağır silah daşıyan 4 yük avtomobilin də məhv edildiyini əlavə edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır