17 oktyabr 2014 - 02:45
Bağdadda partlayış: 36 ölü, 100 yaralı

İraqın paytaxtı Bağdad şəhərində terror aktları nəticəsində 36 nəfər ölüb, 100 nəfər yaralanıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqın paytaxtı Bağdad şəhərində terror aktları nəticəsində 36 nəfər ölüb, 100 nəfər yaralanıb

Bağdadın şimalındakı Talibiyyə rayonunda terrorçu-kamikadze tərəfindən idarə olunan avtomobil nəzarət-buraxılış məntəqəsində patladılıb. Nəticədə 12 nəfər ölüb, 28 nəfər yaralanıb.

Digər partlayışlar isə şəhərin Ad-Dəuləyi, Aş-Şəulə və Hürriyə rayonlarında tərdilib. Nəticədə ümumilikdə 36 nəfər ölüb, 100-dən çox adam xəsarət alıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər