Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Parisdə Kerri ilə Lavrov arasında görüş keçiriləcək
ABŞ-ın dövlət katibi Con Kerri oktyabrın 15-dək Parisdə Rusiyanın və Fransanın xarici işlər nazirləri ilə görüş keçirəcək.
Bu barədə ABŞ dövlət departamentinin nümayəndəsi Cen Psaki bildirib.
Onun sözlərinə görə, oktyabrın 12-də Con Kerri Qahirədə Qəzza zolağının bərpasına həsr olunmuş konfransda iştirak edəcək.
“Bundan sonra dövlət katibi Parisə yollanaraq Fransanın xarici işlər naziri Loran Fabius, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və digər tərəfdaşlar ilə görüş keçirəcək”, deyə Psaki bildirib.
Həmçinin, oktyabrın 15-də ABŞ-ın dövlət katibi Con Kerri Vyanaya səfər edərək İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eştonla görüşəcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır