Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İran İslam Respublikasının təhlükəsizlik naziri deyib: Bu nazirliyin ölkədə təhlükəsizlik müstəvisində digər əlaqədar orqanlarla əməkdaşlıq funksiyası optimal keçib.
Əli Ələvi İran İslam Şurası Məclisinin bugünkü açıq iclasında bu nazirliyin ölkənin milli təhlükəsizlik müstəvisindəki tədbirlərinə işarə edərək deyib: İranın Təhlükəsizlik Nazirliyi, təhlükəsizlik məsələləri ilə bağlı mövzuların həssas olmasını həmişə dərk edibdir. Bu səbəbdən İslam İnqilabının Böyük Rəhbərinin göstərişlərinə və strateji prinsiplərinə uyğun olaraq təhlükəsizlik zəminindəki təhdidləri cavablandırıb.
İranın təhlükəsizlik naziri həmçinin yoxlama və təqib etmək mövzusuna da toxunaraq deyib: Ölkə Naziri qruplaşmalar və düşmənlərin təhdidlərini tam nəzarət altında saxlayıb və düşmənin hər hansısa fəsad törətmə şansını zəiflədib və bu haqda müəyyən proqramlara da malikdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır