7 oktyabr 2014 - 02:08
Polşa da Ukraynanın qazını azaltdı

Polşa oktyabrın əvvəllərində Ukraynaya orta hesabla 28, 75% və ya sutkada 1,15 milyon kubmetr təbii qaz tədarükünü azaldıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Polşa oktyabrın əvvəllərində Ukraynaya orta hesabla 28, 75% və ya sutkada 1,15 milyon kubmetr təbii qaz tədarükünü azaldıb

Bu barədə "Ukrtransgaz" şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Bununla da Polşa ərazisindən Ukraynaya qaz təchizatının həcmi sutkada 2,85 milyon kubmetr aşağı düşüb.

Qeyd edək ki, sentyabr ayında Polşadan gələn qaz təchizatı təxminən sutkada 4 milyon kubmetr təşkil edib.

Sentyabr ayından Macarıstan da Ukraynaya qaz təchizatını dayandırıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər