Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Böyük Britaniya dünən İranın 1 vətəndaşı və 5 şirkətinə qarşı sanksiyaları aradan qaldırıb.
Bu barədə İRNA agentliyi xəbər yayıb.
Beləliklə, İran milli tanker şirkəti, "Moellim" sığorta şirkəti, "Sina" və "Sorinet" banklarına qarşı sanksiyalar aradan qaldırılıb. Həmçinin Tehranda yerləşən məşhur elmi mərkəz - "Şərif" texnoloji universitetinə qarşı sanksiya da aradan qaldırılıb. Sanksiyalardan canını qurtaran İran vətəndaşının adı isə açıqlanmır.
İRNA-nın xəbərinə görə, hələ iyulun 3-də Avropa Məhkəməsi adı çəkilən şirkətlərin və İran vətəndaşının sanksiyalardan azad edilməsi barədə qərar verib. Lakin müvafiq prosedur bir neçə ay uzanıb və yalnız dünən sanksiyalar aradan qaldırılıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır