Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Çeçenistanda konsert zamanı partlayış baş verib, 5 polis ölüb, 12 nəfər yaralanıb
Çeçenistanın paytaxtı Qroznıda baş vermiş partlayışda 5 polis ölüb, 12 nəfər yaralanıb.
Bu barədə Rusiyanın RİA Novosti agentliyi Daxili İşlər Nazirliyinin mətbuat mərkəzinə istinadən məlumat yayıb.
Məlumata görə, Qroznının mərkəzi meydanında şəhərin quruluş ildönümünə həsr olunmuş konsert təşkil olunub. Konsertin keçirildiyi əraziyə daxil olmaq istəyən gənclərdən birini polis yoxlamaq istəyərkəın o üzərindəki bombanı işə salıb.
Baş vermiş partlayış nəticəsində 5 polis həlak olub, daha 12 nəfərin isə yaralandığı bildirilir.
İlkin məlumata görə, bombalı hücumçu 19 yaşlı yerli sakin Opti Mudarovdur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır