5 oktyabr 2014 - 06:01
Azərbaycan məscidlərində bayram namazı qılındı

Azərbaycanda Qurban bayramı oktyabrın 4 və 5-i qeyd olunur.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bu gün səhər saatlarında Azərbaycan məscidlərində Qurban bayramı ilə bağlı bayram namazı qılınıb.

Trend-in məlumatına görə, paytaxtın və ölkənin digər məscidlərində bayram namazı qılınıb.

Bayram mərasimlərinə məscid axundları, imam-camaatlar və ölkənin dini elitasının digər məsul şəxsləri rəhbərlik ediblər. Mərasimlərdə dualar oxunub, bayram namazı qılınıb, dini xadimlərin xütbələri dinlənilib.

Qeyd edək ki, Azərbaycanda Qurban bayramı oktyabrın 4 və 5-i qeyd olunur.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər