30 sentyabr 2014 - 12:18
"İran Livan ordusunun ehtiyaclarını təmin etməyə hazırdır"

İran İslam Respublikası Milli Təhlükəsizlik üzrə ali Şura katibi deyib: Livan rəsmiləri ilə o ölkə ordusunun ehtiyaclarının təmin ediməsi ilə bağlı fikir mübadiləsi aparılır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İran İslam Respublikası Milli Təhlükəsizlik üzrə ali Şura katibi deyib: Livan rəsmiləri ilə o ölkə ordusunun ehtiyaclarının təmin ediməsi ilə bağlı fikir mübadiləsi aparılır.

İRNA-nın verdiyi məlumata əsasən, İran İslam Respublikası Milli Təhülkəsizlik üzrə ali şurasının katibi Əli Şəmxani bu gün (çərşənbə axşamı 30 sentyabr) Livana daxil olduğu zaman Beyrut beynəlxalq aeroportunda müxbirlər qarşısında açıqlayıb: Livan rəsmiləri ilə İran və Livan arasında müdafi əməkdaşlıqları çərçivəsində fikir mübadiləsi aparılacaq.

Şəmxani İran və Livan xalqı arasındakı əlaqələrin konstruktiv və tarixi olduğunu deyərək bildirib: Livana səfərdən əsas məqsəd, regiondakı təhlükəsizlik və siyasi dəyişikliklərlə bağlı fikir mübadiləsi aparmaq və İran ilə Livana zidd olan ortaq hədələr qarşısında əməkdaşlıqların araşdırılmasıdır.

İran İslam Respublikasının Milli təhlükəsizliyi üzrə ali şuranın katibi Əli Şəmxani bu gün səhər radələrində bir heyətə başçılıq edərək, Livan paytaxtı Beyruta daxil olub.

İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Hüseyn Əmir Abdullahiyan, Əli Şəxmanini bu səfərdə müşayiət edir.

Bu səfər Şəmxaninin İran İslam Respublikasının milli təhlükəsizlik üzrə ali şura katibi vəzifəsində livana ilk səfəri sayılır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər