Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əfqanıstanın yenicə seçilmiş prezidenti Əşrəf Ğəni Əhmədizəyin həyat yoldaşı Rola Səadət Ğəni Livanın paytaxtı Beyrutda dünyaya gəlib.
O, sabahdan, 29 Sentyabr tarixindən etibarən, prezident sarayına gedərək azı beş il müddətində Əfqanıstanın “birinci xanımı” sayılacaq.
Hələlik Rola xanımın xüsusi və siyasi həyatı haqqda əldə çoxda məlumat yoxdur.
İlk dəfə prezident seçkilərinin ərəfəsi zamanı 8 mart günü Kabulda peyda olan Rola Səadət Ğəni Fars dilində çıxış edib və bu çıxış onun bu günə kimi birinci və hələlik sonuncu çıxışı sayılır.
P.S: Qeyd edək ki, dünyəvi dövlətlər ilə qeyridünyəvi- həqiqi İslami dövlətləri arasındakı fərqlərdən biri də ölkədə aparıcı qüvvənin (prezident və ya ali baş komandan) arvadının “birinci xanımın” olub və olmamasıdır. Daha doğrusu desək İslami dövlətlərdə ölkə başçısı ölkənin problemlərini həll etməyə çalışan bir şəxs ünvanında xalqın xadimi yəni xidmətçisi sayılır, gördüyü xidmətləri də özünə vəzifə və şərəf bilir, özünü, uşaqlarını, ailəsini vətəndaşlardan üstün saymır, elə bu babətndən onların xanımları gündəmə “birinci xanım” ünvanında gətirilmir. Hər kəsin xanımı öz evində birinci xanımdır. Lakin dünvəyi dövlətlərdə isə, ölkə başçısı özünü “Kral” xanımını isə “Kraliça” hesab edtiyi üçün xalqı onun və ailəsinin xidmətində dayanmağı vətəndaşların əsas borcu bilir və onu ölkənin “birinci xanımı” adlandırmağa səy göstərir. İndi bu “birinci xanım” mümkündür gözəl hüsnü cəmal sahibi olsun və mümkündür ki, olmasın. Heç bir kəsin də haqqı yoxdur bu “birinci xanım” həzrətlərinin gördüyü cinayətləri gündəmə gətirsin yoxsa ...




Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır