Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Hacı Mövsüm Səmədovun sentyabrın 19-da yeni köçürüldüyü 12 saylı cəzaçəkmə müəssisəsində 5 gün müddətinə cərimə təcridxanasına (karsa) salındığı barədə xəbər vermişdik.
Bu gün Mövsüm Səmədovun “kars” müddəti başa çatdığı üçün AİP-in mətbuat xidməti 12 saylı cəzacəkmə müəssisəsi ilə əlaqə saxlayaraq, məsələ ilə maraqlanıb. Həbsxanadan bildiriblər ki, məhkumun cərimə təcridxanasındakı cəza müddəti daha 7 gün artırılıb.
Müəssisə rəsmisi müddətin artlrılması səbəblərinə aydınlıq gətirməyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır