22 sentyabr 2014 - 09:53
Amerikalı senator İslam Dinini təhqir etdi

Amerikanın respublikaçılar partiyasının Oklahoma ştatının nümayəndəsi: “İslam xərçəng şişidir ki, onu xalqımızın bədənindən çıxartmalıyıq”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Amerika Birləşmiş Ştatlarının respublikaçılar partiyasının Oklahoma ştatının nümayəndəsi Con Bent respublikaçıların Vestern Sizlin yığıncağında İslam Dinini tənqid edərək bildirib: “İslam siyasi və ictimai bir dindir ki, Qərb sivlizasiyasını məhv edərək dünyaya hakim olmaq fikrindədir. Onların hədəfləri Qərb dünyasını daxildən dağıtmaqdır”.

O, daha sonra deyib: “İslam xərçəng şişidir ki, mütləq xalqımızın bədənindən çıxarılıb çölə tullanmalıdır”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər