Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Ayətullah Sistaninin Kərbəla nümayəndəsi, İraqda terrora qarşı beynəlxalq mübarizə bəhanəsi ilə ölkənin torpaq bütövlüyünü görməməzlikdən gəlinə bilməyəcəyinə işarə edərək bunun hər kəs tərəfindən bilinməsinin vacib olduğunu bildirdi.
Ötən gün Kərbəla şəhərində İmam Hüseyn (ə)-ın ziyarətgahında qılınan Cümə namazı xütbəsində İraqdakı son siyasi vəziyyəti qiymətləndirən Şeyx Abdulmehdi Əl-Kərbəlayi bildirib ki,"Bəzilərinin başında "Necəki İraqda terrora qarşı beynəlxalq bir mübarizə aparılır, o halda fürsəti qiymətləndirib bu ölkədən götürə bildiyimiz qədər torpaq götürək" düşüncəsi ola bilər. İraqın torpaq bütünlüyü və bu ölkənin rəhbərliyinin verdiyi qərarlara bütün ölkələr hörmət göstərməlidir. Bu gün ölkəmizin ordusu və könüllü əsgərləri İraqı terroristlərdən təmizləmək üçün çox müvəffəqiyyətli addımlar atmışdır. Digər qruplar isə bu mübarizədə ordunun müvəffəqiyyəti üçün ancaq bir dəstək sayıla bilər. Lakin əsl müvəffəqiyyətin ordumuza və könüllü briqadalara aid olduğu unudulmamalıdır.
Şeyx Abdulmehdi Kərbəlayi sözlərinin davamında qeyd edib ki,"İŞİD-ə qarşı beynəlxalq ortaq hərəkət planı, bu təşkilatın fəaliyyətlərinin yalnız İraq və Suriyada məhdud qalmayacağının başa düşülməsinin ardından reallaşmışdır. Bu əli qanlı terror təşkilatı cinayət və vəhşilikdən başqa heç bir sərhəd tanımır. Onların varlığı bütün dünya və insanlıq üçün böyük bir təhdiddir. Ancaq siyasi rəhbərlər bu barədə çox diqqətli olmalı, terrora qarşı beynəlxalq mübarizə bəhanəsi ilə ölkə torpaqlarının bütünlüyünə zərər gətirəcək heç bir şərti qəbul etməməlidirlər".
"Hərçənd bu sahədə hərbi səylər təsirlidir, amma bunlar təklikdə kifayət etməz və bu məsələ əsaslı surətdə həll olunmalıdır"-deyə Şeyx Abdulmehdi Kərbəlayi bildirib.
Şeyx Əbdulmehdi Əl-Kərbəlayi sonra ölkənin hüquq-mühafizə orqanlarını şəhərləri, xüsusən müqəddəs şəhərləri qorumağa çağırıb və bu sahədə hər cür təhlükənin dəf olunması üçün sayıqcasına tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır