Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Avstraliyanın baş naziri Toni Ebbot terrora qarşı ölkədə böyük əməliyyatların keçirildiyini və burada fəaliyyət göstərən İŞİD üzvlərinin həbs olunduğunu bildirib.
Baş nazir kəşfiyyat hesabatlarından sonra bu şəxslərin həbs edilməsi haqda əmrin verildiyini deyib.
“Onlar İŞİD tərzinə uyğun olaraq, xalqın başını kəsmək niyyətindədirlər. Yaxın Şərqdəki terrorçularla əlaqələri olan avstraliyalı İŞİD-çi bu ölkədə də qətllər törədilməsi haqda əmr verib“, -deyə Ebbot söyləyib.
Ötən həftə İŞİD tərəfindən avstraliyalılara qarşı potensial təhlükələrin narahatlığı fonunda terrora qarşı əməliyyat genişləndirilib. Yerli mətbuat Sidney və Brisban şəhərlərində keçirilən bu əməliyyatlarda 800 polis zabitinin iştirak etdiyini bildirib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır