17 sentyabr 2014 - 03:45
Heç bir qruplaşma İran Az.R münasibətlərinə xələl gətirə bilməz

İran İslam Respublikasının Az.R-dakı səfiri heç bir qrupun iki ölkə əlaqələrinə zərbə vurmağa qadir olmadığını deyib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Az.R-dakı səfiri heç bir qrupun iki ölkə əlaqələrinə zərbə vurmağa qadir olmadığını deyib

Möhsün Pakayin "Salam News" xəbər agentliyi ilə müsahibədə tarix boyu İran-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyən qrupların olduğunu vurğulayaraq deyib: Hər iki ölkə bu qrupların kökünü kəsmək üçün təsirli addımlar atıblar.

Möhsün Pakayin İran və Azərbaycan rəsmilərinin gərginliklərin azaldılması istiqamətindəki addımlarına işarə edərək deyib: İki ölkə münasibətləri gələcəkdə bu kimi qrupların təsiri altına düşməyəcək.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər