Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hicri Qəməri tarixi ilə Zil Qədə ayının biri həzrəti Fatiməyi Məsumənin (səlamullahi əleyha), on biri isə həzrəti İmam Rzanın (əleyhi səlam) anadan olan günüdür. Bu münasibət ilə İran İslam Respublikası hər il, Zil Qədə ayının birinci günündən başlayaraq on birinci gününə kimi, Məsuməyi Qum və Məşhəd şəhərlərində, həzrəti Məsumə (səlamullahi əleyha) və İmam Rzanın (əleyhi səlam) hərəmində xüsusi maarifləndirmə və şənlik proqramları həyata keçirir.
Qeyd edək ki, elə bu səbəbdən də İran İslam Respublikasında bu ongünlükə “Kəramət On Günlükü” deyilir.
Xanım Məsumənin (səlamullahi əleyha) anadan olması münasibəti ilə, ötən gündən etibarən həm Qum və həm də Məşhəd şəhərində bayram mərasimləri keçirilməyə başlayıb. Aşağıda müşahidə edəcəyiniz şəkillər İmam Rzanın (əleyhi səlam) hərəmində qeyd olunan dini maarifləndirmə mərasiminin görüntüləridir.




Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır