Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ”İsrailin Qəzzaya qarşı hücumları davam edir.Səkkiz iyuldan bəri davam edən qarşıdurmalarda ölən Fələstinlilərin sayı 720-i, yaralıların sayı isə 4600 keçib.
Ölən Fələstinlilər arasında ən azı 160 uşaq var. İsrailin döyüş təyyarələri Qəzzada "İzzətdin" "Qəssam" briqadaları üzvlərinin evlərini hədəf almağa başlayıb.
İsrail, biri "Qəssam" briqadasının komandiri Əhməd Cabariyə aid olan ümumilikdə üç evi hədəf alıb.
İsrail, Qəzzanın Şeyx Ridvan bölgəsində sabiq baş nazir köməkçisi Ziyad Zazaya aid evi də bombalayıb.
İsrail ordusu, Qəzzədə əsir alındığı açıqlanan əsgərin adını Aron Şaul olaraq açıqlayıb.
Həmasın bir qolu olan "İzzətdin" və "əl-Qəssam" briqadaları ötən gün qarşıdurmalarda Aron Şaul adlı bir sionist İsrail əsgərini əsir götürdükləri barədə məlumat yayıb. İsrail ordusundan da bildirilib ki, "Qolani" briqadasında başçavuş Aron Şaul iyul ayının 21-də yoxa çıxıb və onun sağ olub olmaması ilə bağlı hər hansı bir məlumat yoxdur.İsrail ordusundan həmçinin bildirilib ki, Aron Şaul bazar günü Qəzzanın Şucaiyyə məhəlləsinin girişində, "Qolani" briqadasının tank batalyonunda vəzifəsini yerinə yetirdiyi zaman "İzzətdin" və "əl-Qəssam" briqadalarının keçirdiyi əməliyyat zamanı yoxa çıxıb.
Xatırladaq ki,"İzzətdin" və "əl-Qəssam" briqadalarının bu əməliyyatında 13 İsrail əsgəri öldürülüb, Aron Şaul isə əsir götürülüb.
İsrailin Qəzzada verdiyi itkilər İsraildə mübahisələrə səbəb olub.İsrail hərbçilərindən biri, bu ölkənin mediasına verdiyi müsahibədə HƏMAS müqavimət hərəkatını daha əvvəl heç belə görmədiyini söyləyib.O, Həmasın silahdan istifadəsinin və döyüş taktikalarının eyni ilə "Hizbullah" hərəkatı ilə bir olduğunu qeyd edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır