Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycanda “Koka-kola”ya qadağa qoyuldu
Azərbaycanda mağaza sahibindən maraqlı addım.
Artıq ölkədə bəzi marketlərdə sərinləşdirici içkilər satılan bölümdə maraqlı elan yerləşdirilib.
Elanda İsrailə etiraz olaraq “Koka-kola” məhsulları satmadıqlarını bəyan ediblər. Elanda “1 Kola-1güllə, 1güllə-1həyat. Fələstinə dəstək, Kola satılmır”,- deyə qeyd edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyədə də bəzi marketlərdə “Koka-kola”məhsullarına etiraz olaraq “İsrail malı satılmır” adlı elanlar vurulmuşdu.

Axar.az
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır