23 iyul 2014 - 07:14
Mahmud Abbas sərt danışdı: “Cinayətlər cavabsız qalmayacaq

”Fələstin prezidenti Mahmud Abbas Ramallahda fələstinli siyasətçilərlə görüş keçirib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ”Fələstin prezidenti Mahmud Abbas Ramallahda fələstinli siyasətçilərlə görüş keçirib.

O, Misirin atəşkəs üçün müdaxilə etmələrini istədiklərini və Qəzzaya tətbiq edilən embarqonun ləğv edilməsi üçün təklif verdiklərini deyib: “İndi hər kəsin səsini ucaldaraq, dağıdıcı mexanizmin üzünə həqiqətləri söyləmək zamanıdır. Bu dağıdıcı mexanizm (İsrail) insan haqlarına dair bütün qanunları pozur. Biz onun sahib olduğu dağıdıcı gücə malik deyilik, lakin daha böyük gücə, haqq və ədalətə sahibik. Haqlı olanlar qüdrətlə yox edilə bilməz. Düşmənin əsas hədəfi Fələstin davasını yox etmək və birliyi pozmaqdır. Ancaq törədilən cinayətlər cavabsız qalmayacaqdır.”

Fələstin prezidenti beynəlxalq ictimaiyyətə fələstinlilərin təhlükəsizliyini təmin edilməsi ilə bağlı çağrış edib.

islamazeri.az

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər