21 iyul 2014 - 15:15
Somali kütləvi aclıqla üz-üzə

Somali kütləvi aclıq ilə üz-üzə qalıbhumanitar təşkilatların verdiyi məlumatda bildirilir ki, tezliklə Somaliyə humanitar yardım edilməzsə bu ölkəni kütləvi aclıq bürüyəcək

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Somali kütləvi aclıq ilə üz-üzə qalıbhumanitar təşkilatların verdiyi məlumatda bildirilir ki, tezliklə Somaliyə humanitar yardım edilməzsə bu ölkəni kütləvi aclıq bürüyəcək.

İndiyədək Somaliyə nəzərdə tutulan yardımın cəmi 993 milyon dollar məbləğində 27%-i verilib. Humanitar təşkilatlar bildirirlər ki, qarşıdan Somalidə quraqlıq mövsümü gəlir və bu mövsüm 2011-ci ildəki humanitar fəlakətin yenidən baş verməsi ilə nəticələnə bilər.

2011-ci ildə aclıqdan Somalidə 250 mindən artıq insan həlak olub. Ölənlərin yarısı yaşı beşə çatmayan uşaqlar olub. "World Vision" humanitar təşkilatının rəhbəri Fransua Batalinqaya Somaliyə yaxın 3-6 ay ərzində aclıqdan ölüm hallarının qarşısını almaq üçün ərzaq məhsullarının gətirilməsinin təşkil olunması üçün çağırış edib. Bir müddət öncə Fransua Batalinqaya BMT-yə xəbərdarlıq göndərərək quraqlıqdan ilk növbədə Moqadişu şəhərinin əziyyət çəkəcəyi barədə məlumat verib.

islamazeri.az

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər