Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Katrin Eşton, İranın xarici işlər nazirinin müavinləri Abbas Əraqçi və Məcid Təxtrəvançi və həmçinin ABŞ nümayəndə heyətinə rəhbərlik edən Vendi Şermən bu gün səhər Viyanada görüşüblər.
Üç tərəfli görüşdə tərəflərin qarşılıqlı öhdəlikləri haqda müzakirələr davam etdirilirb. Hələlik müzakirələrin detalları açıqlanmayıb.
CNN kanalı ötən gün ABŞ rəsmilərindən birinin sözlərinə əsasən, İran və 5+1 ölkələri arasında müzakirələrin vaxtının uzanacağı ehtimalını məlumat verib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır