Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İranla Azərbaycan arasında münasibətlər inkişaf edir”.
APA-nın xəbərinə görə, bunu Azərbaycanın İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov bildirib.Səfir, avqustun 4-5-də Qəbələdə Azərbaycan-İran hökumətlərarası iqtisadi komissiyasının iclasının keçiriləcəyini xatırladaraq deyib ki, iclasdan sonra
İran prezidentinin Azərbaycana səfəri ilə bağlı müzakirələr aparılacaq.
Azərbaycanla İran arasında yeni sərhəd-keçid məntəqələrinin açılması barədə suala cavabında C. Axundov bu məsələlərə komissiyanın iclasında aydınlıq gətiriləcəyini bildirib.
APA.az
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır