9 iyul 2014 - 07:05
Cavanşir Axundov: “İran prezidentinin Azərbaycana səfəri ilə bağlı müzakirələr aparılacaq”

“İranla Azərbaycan arasında münasibətlər inkişaf edir”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İranla Azərbaycan arasında münasibətlər inkişaf edir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov bildirib.Səfir, avqustun 4-5-də Qəbələdə Azərbaycan-İran hökumətlərarası iqtisadi komissiyasının iclasının keçiriləcəyini xatırladaraq deyib ki, iclasdan sonra

İran prezidentinin Azərbaycana səfəri ilə bağlı müzakirələr aparılacaq.

Azərbaycanla İran arasında yeni sərhəd-keçid məntəqələrinin açılması barədə suala cavabında C. Axundov bu məsələlərə komissiyanın iclasında aydınlıq gətiriləcəyini bildirib.

APA.az

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər