8 iyul 2014 - 12:20
Qərbin danışıqlarına reaksiya

İran islam şurası məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri bəyan edib : Əgər qərb müxtəlif bəhanələrlə danışıqlara xələl gətirməyə çalışsa , onda İran özünün qabaqkı mövqeyinin üzərində dayanacaq.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İran islam şurası məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri bəyan edib : Əgər qərb müxtəlif bəhanələrlə danışıqlara xələl gətirməyə çalışsa , onda İran özünün qabaqkı mövqeyinin üzərində dayanacaq.

Əlaeddin Burucerdi jurnalistlər klubu ilə müsahibədə xatırladıb : Əgər qarşı tərəf müzakirələrə xələl gətirməyə səy göstərsə , bu zaman İran uranın 20 faiz miqyasında zənginləşdirilməsi prosesini izləyəcək.

İran islam şurası məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri əlavə olaraq deyib : Vyanada İranla Altılıq Qrupunun nüvə danışıqlarının bu mərhələsində qərb ölkələrinin Tehrana qarşı irəli sürdükləri bəzi təhdid xarakterli fikirləri, bu danışıqlarda Qərb ölkələri tərəfindən start götürmüş psixoloji bir müharibədir.

" Uranı saflaşdırma , İranın milli proyektlərindəndir . Həmçinin İran xalqının təyin etdiyi qırmızı xətlərini təşkil edir və rəsmi Tehran bu haqda heç bir vəchlə öz mövqeyini dəyişməyəcək " –deyə Burucerdi sözlərinə tamamlayıb.

Tehran Radiosu

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər