Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Türkiyə müdafiə naziri İsmət Yılmaz Ermənistan-Azərbaycan Respublikası arasında sabitliyi Türkiyənin xeyrinə olacağını vurğulayıb.
ANS PRESS-in məlumatına görə İsmət Yılmaz Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışında deyib : “Ermənistan, Gürcüstan və Azərbaycanda hər hansı bir münaqişə baş verərsə yenə Türkiyə zərər görəcək. Həmin bölgələrədə sülh və sabitilk hökm sürərsə bu Türkiyənin xeyrinə olacaq”.
Türkiyə müdafiə naziri Çıxışı zamanı nazir regionda baş verən bütün münaqişələrin Türkiyəyə təsirindən söhbət açıb.
O, qeyd edib ki, Suriyada baş verən münaqişələr zamanı zərər görən tərəf də Türkiyədir: “Əgər qonşuluğumuzda hər hansı bir münaqişə varsa, onun zərərindən yan keçmək mümükünsüzdür. İraqda baş verən münaqişlər də Türkiyəyə zərər vurur.”
Qeyd edək ki, Türkiyənin bu məsələlərdəz zərər gördüyünə baxmayaraq Türkiyə hökuməti Səudiyyə Ərəbistanı ilə birlikdə qərbin planı əsasında Suriya və İraqda müharibə törədən qüvvələri dəstəkləyir.
Son günlərdə DQ məsələsində bir növ sazişin əldə olunması ilə bağlı yayılan xəbərlər fonunda Türkiyə müdafiə nazirinin Ermənistan-Azərbaycan Respublikası arasında sabitlikdən danışması diqqət çəkir.
Tehran Radiosu
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır