3 iyul 2014 - 10:30
Vyanada üçtərəfli müzakirə keçirilib

İran İsalm Respublikası xarici işlər naziri, Avropa xarici siyasət koordinatoru və ABŞ xin-nin əvəzedicisinin iştirakı ilə Vyanada üçtərəfli müzakirə keçirilib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İran İsalm Respublikası xarici işlər naziri, Avropa xarici siyasət koordinatoru və ABŞ xin-nin əvəzedicisinin iştirakı ilə Vyanada üçtərəfli müzakirə keçirilib.

İRNA-nın verdiyi məlumata əsasən, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, Avropa İttifaqının xarici siyasət koordinatoru Katrin Aşton və ABŞ xarici işlər nazirinin əvəzedicisi Ulyam Bronz ilə ötən gün bir saat müddətində fikir mübadiləsi apararaq, bu dövr müzakirələrin gedişatı haqda danışıblar.

Bu görüşdən öncə, İran xarici işlər naziri Avropa İttifaqı xarici siyasət koordinatoru ilə ikitərəfli görüş keçirmişdi.

İran ilə 5+1 qrupu arasında hərtərəfli anlaşma barədə 6-cı dövr müzakirələrə bu gün (cümə axaşamı 3 iyul) BMT-nin Vyanadakı qərargahında start verilir.

6-cı dövr müzakirələrdə hərtərəfli anlaşmanın ilk mətninin yazılması qərara alınıb.

17-20 iyun taxrində Vyanada keçirilən müzakirələrdə, ətraflı anlşama (hərtərəfli ortaq plan) üzrə anlaşmanın ilk mətninin yazılmasına start verilib.

Tehran Radiosu

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər