Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Kaliforniya ştatında Losanceles əhalisinin iştirakı ilə keçirilən bu aksiyalarda etirazçılar bu ştatın məsul rəsmilərinin həmin ştatın bank şəbəkəsinə milyonlarla dollar kreditin ayrılması haqda gəlinmiş razılığa öz etirazlarını nümayiş etdiriblər.
Etirazçıların fikrincə bu məbləğdə vəsaitin bank şəbəkəsinə verilməsi yerinə əhalinin problemlərinin həllinə həsr edilməlidir.
Kaliforniyada bank şəbəkəsinə hər il 200 milyon dollardan çox kreditin ayrılması haqda yayılan informasiyanın ardınca bu etiraz aksiyaları təşkil edilib.
Aksiyaçılardan biri deyib: Wall Street Kaliforniya ilə imzalanan müqavilədən çox qazanc əldə edib. Lakin biz bu həcmdə kreditin region fəhlələri üçün ayrılmasını və bu kreditin həmin bölgədə ümumi ictimai xidmətlərə həsr edilməsini istəyirik.
Kaliforniya əhalisi bildirib: Əhalinin güzəran və maaş səviyyəsinin aşağı düşdüyü bir halda nə üçün banklar maliyyələşdirilir.
Tehran Radiosu
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır