2 iyul 2014 - 09:03
Siyasi məhkəmələrdə nə keçir?

Şirvan Apellyasiya Məhkəməsində Müsavat Partiyası sədrinin müşaviri Yadigar Sadıqov bildirib ki, istintaq dövründə ona hakimiyyəti tərifləmək müqabilində yumşaq cəza almaq təklif olunub.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Şirvan Apellyasiya Məhkəməsində Müsavat Partiyası sədrinin müşaviri Yadigar Sadıqov bildirib ki, istintaq dövründə ona hakimiyyəti tərifləmək müqabilində yumşaq cəza almaq təklif olunub.

İyulun 1-də onuun şikayəti üzrə prosses barədə Yadigar Sadıqovun hüquqlarını müdafiə edən ictimai komitənin sədri Elman Fəttah bildirib: “Məhkəmə prosesində Yadigar Sadıqov dedi ki, ekspertizanın uzadılmasına səbəb istintaq tərəfinin və Penitensiar Xidmətin yüksək rütbəli zabitinin ondan hakimiyyəti tərifləyən açıqlama umması olub. Bunun əvəzində Yadigara cinayət işinin ləğv ediləcəyi bildirilib.

Bir qədər əvvəl isə digər siyasi məhbus Ömər Məmmədovun məhkəmə prossesində onun vəkili Əlayıf Həsənov bildirmişdir: “Ömər Məmmədovu ekspertlər yoxlayıblar, rəy veriblər ki, bu adamın qanında, orqanizmində narkotik maddə tapılmadı, narkotik istifadəçisi deyil. Ardıyca isə yazıblar ki, amma buna baxmayaraq narkoloji dispanserdə uçotda durması məsləhətdir”.

Narkoman olmayan adamı narkoloji dispanserə nə üçün qeydiyyata salınması rəyindən təəccübləndiyini bildirən Əlayif Həsənov demişdir: “Son illər hakimiyyət siyasi proseslərdə ittiham verdiyi gənclərə adətən narkotik maddə qoyur. Belə çıxır ki, bu gənclərin hamısı narkomandır, ancaq hakimiyyəti dəyişmək istəyirlər. Dünya tarixində narkomanların hələ belə bir siyasi ittifaqı, birliyi qeydə alınmamışdı”.

Tehran Radiosu

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər