Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Fələstin hökuməti işğalçı İsrail rejimindən BMT Təhlükəsizlik Şurasına şikayət edib.
Buna səbəb İsrail rejiminin son zamanlarda Qəzza zolağına aviahücumları və həbsləri olub.
Fələstinin BMT-nin daimi müşahidəşisi Riyad Mənsur tərəfindən təqdim edilən şikayət məktubunda, xüsusən Qəzza zolağına edilən hücumlarda aralarında uşaqların olduğu dinc əhalinin qətli və 575 fələstinlinin həbs edildiyi göstərilib.
Riyad Mənsur İsrail rejiminin törətdiyi cinayətlərə görə, qanuni müstəvidə cavab verməsi üçün BMT və dünya ictimaiyyətindən dəstək istəyib.
islamazeri.az
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır