Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İranın Atom Enerjisi Təşkilatının sözçüsü deyib: Qərb ölkələrinin İranın nüvə fəaliyyətləri ilə əlaqədar nigaranlıqlarını dialoq vasitəsilə həll etmək mümkündür.
İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi ötən gün (şənbə 28 iyun) Əl-Məyadin Telekanalına verdiyi müsahibədə bildirib: İran qərbin nigaranlıqlarının ortadan qaldırılması üçün texniki çıxış yollarını təqdim edib və bu qənaətdədir ki, dialoqların davam etdirilməsi nəticəsidnə qərbin bununla bağlı nigarançılıqlarına son veriləcək.
O deyib: Qarşı tərəf uranın İranda zənginləşdirilməsi əməliyyatından nigaran olduğunu bildirib biz də onlara bu nigaranlıqların ortadan qaldırılacağını bildirmişik və öz xoşməramlığımızı sübuta yetirmək üçün əlavə aydınlıq gətirməyə hazırıq və bu yollardan biri isə əlavə protokollun imzalanmasından ibarətdir ki bu da özü sanksiyaların ləğvi və hər bir təhdid xarakterli siyasətlərdən çəkinmək şərti ilə mümkünüdür.
İran ilə 5+1 qrupu arasında nüvə müzakirələrinin 6-cı dövrünə 2 iyul Vyanada start veriləcək.
Bu müzakirələr ötən 5 ayda ciddiyyətlə izlənilib lakin anlaşmaların səviyyəsi yekun mərhələyə çatmayıb.
Hazırda İran ilə 5+1 qrupu arasında yekun anlaşmanın imzalanmasına verilən möhlətdən təxminən 3 həftə qalır. Bu möhlət 20 iyulda sona çatır. Bu isə bir haldadır ki, ikitərəf bu sahədə artıq məsləhətləşmələrin vacibliyi üzərində təkid edirlər. Informasiya qaynaqlarının diqqətini özünə çəkən maraqlı məsələ əlavə protokolun İran tərəfindən qəbul edilməsidir.
İranın Atom Enerjisi Təşkilatının sözçüsü həmçinin İran ilə Rusiya arasında 4 yeni AES-nin tikilməsi sahəsində anlaşmanın imzalanmasından xəbər verib. Behruz Kamalvəndi deyib: Bu anlaşmanın imzalanması Cenevrə anlaşması ilə heç də ziddiyyət daşımır.
İran təmsilçisi əlavə olaraq bildirib, İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi yeni AES-lərin tikilməsi üzrə yekun müqaviləyə qol çəkmək üçün qarşıdakı iki ayadək Moskvaya səfər edir.
Tehran Radiosu
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır