Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Ukraynanın şərqində rusiyapərəst müxaliflərin gecə hücumunda Ukrayna əsgərlərindən 4 nəfəri həlak olub , daha 5 nəfər də yaralanıb.
Reutersin məlumatına görə, Ukraynanın hərbi qaynaqları bu xəbərə işarə edərək elan ediblər : Separatçılar Rusiya tanklarının himayəsi ilə Kramatorsk şəhərinin yaxınlığında hərbi bir bazanı hücuma məruz ediblər.
Hərbi-ekspert Dmitri Timçuk deyib: Ukrayna hərbçiləri bu 8 tankdan birini məhv ediblər və bir tankı da qənimət götürüblər.
Müxaliflər eləcədə Slavyanskin yaxınlığında bir təpənin üzərində mərkəzləşən Ukrayna hərbçilərini də hücuma məruz ediblər.
Onun sözlərinə görə , Ukrayna ordusunun qüvvələri Artemivsk-ə qarşı hücuma keçənləri geri çəkilməyə məcbur ediblər.
Tehran Radiosu
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır