Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,
BMT-nin didərginlərin məsələləri üzrə komissarlığının nümayəndəsi İranın didərginlər üzrə funksiyasını alqışlayıb.
Sivanka Danapala deyib: İranın BMT ilə xarici didərginlər haqda əməkdaşlığı fövqəladə olmuşdur və biz İranın bu addımını yüksək qiymətləndiririk.
"Bu əməkdaşlıqlar problemlərin aradan qaldırılması, səhiyyə, təhsil xidmətlərinin verilməsi və miqrantların könüllü şəkildə qayıtmasında əməkdaşlığa şamil olur" –deyə Danapala əlavə edib.
BMT nümayəndəsi həmçinin didərginlər üçün İranın məişət üzrə addımlarından razılıq edib və İran dövlətinin didərginlərə yardımının davam etməsini istəyib.
Tehran Radiosu
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır