Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Azərbaycan Respublikasında nəinki bütün müsəlman təriqətlərinə, o cümlədən bütün dinlərə eyni və yüksək şərait yaradılıb.
Bunu Azərbaycanda səfərdə olan Rusiya Federasiyası İnquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurov ilə görüşdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
Paşazadə deyib : “Azərbaycan və Rusiya arasında çox güclü və kökləri olan münasibətlər var. Biz ümid edirik və gözləyirik ki, siz dostların, o cümlədən Rusiya prezidenti Vladimir Putinin köməyi ilə işğal olunmuş torpaqlar, nəhayət, qaytarılacaq, DQ münaqişəsi sülh yolu ilə həll olunacaq. Biz müharibə tərəfdarı yox, sülh tərəfdarıyıq”.
Şeyx İnquşetiya rəhbəri vasitəsilə Şimali Qafqaz müsəlmanlarına Ramazan bayramı təbriklərini də çatdırıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır