Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İŞİD Səddam sevdasını ifşa etməyə davam edir
Səddam Hüseynin edam hökmünü verən hakim Rauf Abdurrəhman İŞİD terror təşkilatı tərəfindən edam edilib.
Bu barədə İŞİD-ə bağlı medialar məlumat yayıb.
Həmçinin iordaniyalı millət vəkili Xəlil Atiya, "facebook" sosial şəbəkəsində Səddamı edama məhkum edən hakimin girov götürülərək öldürüldüyünü və "intiqam" alındığını yazıb.
Qeyd edək ki, İraq rəsmiləri hakim Rauf Abdurrəhmanın İŞİD terrorçuları tərəfindən girov götürülməsini təsdiqləmişdilər.
islamazeri.az
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
23 iyun 2014 - 13:33
Xəbər kodu: 618300
Səddam Hüseynin edam hökmünü verən hakim Rauf Abdurrəhman İŞİD terror təşkilatı tərəfindən edam edilib.