Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Suriyada son iki ayda 1500 terrorçu məhv edilib Bəşər Əsəd yenə qələbəyə imza atdı
Cenubnews.com İnternet Qəzeti "SANA"a istinadən xəbər verir ki,Şam çölündə, Məliha bölgəsindəki Muşərrəf yaylağının 95 faizi terrorçulardan təmizləndi. Son iki ayda keçirilən əməliyyatlarda 1500 terrorist məhv edildi.
Öldürülən terroristlər arasında "Əbu Malik Təla" kimi liderlərinin və çox sayda xarici vətəndaşların da olduğu deyilir.
Huş Ərəb, Asal Vərd və Curud Rankus bölgələrində olan terroristlərə aid sığınacaqlar da hədəfə alındı.
Livandan Suriyaya keçmək istəyən terroristlərə qarşı keçirilən gizli əməliyyatda, aralarında liderlərinin də olduğu çox sayda terrorist saxlanıldı.
Həmçinin Şam çölündə "ən-Nusra" cəbhəsi və "Cişul İslam" adlı terror təşkilatları arasında qarşıdurma yaşandı.
Cenubnews.com
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır