20 iyun 2014 - 12:23
Naxçıvan MR-ı İran ilə əlaqlərin genişləndiriməsini istəyir

Naxçıvan MR-ı kənd təsərrüfatı naziri müxtəlif sahələrdə İran İsalm Respublikası ilə əlaqələrin genişləndirilməsini vurğulayıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Naxçıvan MR-ı kənd təsərrüfatı naziri müxtəlif sahələrdə İran İsalm Respublikası ilə əlaqələrin genişləndirilməsini vurğulayıb.

İRNA-nın məlumatına əsasən, Naxçıvan MR-ı kənd təsərrüfatı naziri Elşad Əliyev ötən axşam İranın şimal qərbində yerləşən Urmiyyə valisi Qurbanəli Səadət ilə görüşdə, bu vilayətin Naxçıvan MR-ı ilə əlaəqlərinin genişləndirilməsində roluna toxunaraq deyib: Qərbi Azərbaycan vilayəti kənd təsərrüfatı məhsulları, bağdarılq və həmçinin kənd təsərrüfatı üzrə sənaye təchizatlarının istehsalı üzrə önəmli inkişafa nail olub.

Əliyev Qərbi Azərbaycan valisinin Naxçıvan MR-ı ilə münasibətlərin genişləndirilməsini diqqət mərkəzinə aldığını deyərək ümidvarlıq edib ki, iki ölkə rəsmilərinin əzmkarlığı ilə, qarşıda Naxçıvan MR ilə İranın Qərbi Azərbaycan vilayəti arasında münasibətləri getdikcə inkişaf etsin.

Qərbi Azərbaycan valisi isə bu görüşdə başçılıq etdiyi vilayətin kənd təsərrüfatı sahəsində əldə etdiyi təcrübələrin Naxçıvan MR-a köçürülməsində maraqlı olduğunu bildirərək deyib: Ostan kənd təsərrüfatı sənayesi və texnologiya sahəsində müxtəlif potensiallar və istedadlara malikdir.

Səadət əlavə olaraq deyib: Münasibətlərin genişləndirilmsi, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıqların genişləndirilməsi iki ölkə rəsmilərinin qarşıya qoyduğu məqsədlərini təşkil edir.

Naxçıvan MR-ı kənd təsərrüfatı naziri bir heyətə başçılıq edərək İranla kəndtəsərüfatı və maldarlıq üzrə əməkdaşlıqların inkişafı yollarını araşdırmaq məqsədi ilə İranın şimal qərbində yerləşən Qərbi Azərbaycan vilayətinə səfər edib.

Qərbi Azərbaycan vilayəti Araz çayı vasitəsi ilə Naçıvan MR-ı ilə 125 km su sərhəddinə malikdir.

                       Tehran Radiosu

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər