Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İranın Bakıdakı səfiri İİR müdafiə nazirinin sentyabr ayında Bakıya səfər edəcəyini bildirib.
Möhsün Pakain deyib: İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Hüseyn Dehqanın Az. R-na səfəri üçün nəzərdə tutulan proqrama əsasən bu səfər sentyabr ayında həyata keçiriləcək . Səfirin sözlərinə görə bu səfər çərçivəsində İranın müdafiə naziri ADEX-2014 müdafiə sənayesinin beynəlxalq sərgisində iştirak edəcək.
Pakayin xatırladıb: İranın müdafiə nazirinin Az. R-na səfəri onun azəri həmkarının dəvəti ilə həyata keçirilir.
Tehran Radiosu
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır