18 iyun 2014 - 13:17
İŞİD daha 15 Türkiyə vətəndaşını qaçırdı

İraqın Dor rayonu ilə Kərkük arasında bir inşaatda işləyən işçilər İŞİD terrorçuları tərəfindən qaçırılıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqın Dor rayonu ilə Kərkük arasında bir inşaatda işləyən işçilər İŞİD terrorçuları tərəfindən qaçırılıb.

Bu məlumatı "Doğan" Xəbər Agentliyinin İraqdakı xüsusi müxbiri Əhməd Muxtaroğlu bildirib.

Onun sözlərinə görə, 15-i Türkiyə vətəndaşı olan 60 işçi İŞİD tərəfindən naməlum istiqamətə aparılıb.

Azad edilən işçilərdən biri bu firmanın Türkiyəyə aid olduğunu və qaçırılan 60 işçinin 15-i Türkiyə vətəndaşı olmaqla, Pakistan, Banqladeş, Nepal və Türkmənistan vətəndaşları olduğunu önə çəkib.

islamazeri.az

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər