18 iyun 2014 - 13:06
İŞİD terrorçuları 40 Hindistan vətəndaşını qaçırtdı

İŞİD terrorçuları Mosul ətrafında yerləşən məntəqələrin birindən orada tikinti ilə məşğul olan 40 Hindistan vətəndaşını qaçırıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İŞİD terrorçuları Mosul ətrafında yerləşən məntəqələrin birindən orada tikinti ilə məşğul olan 40 Hindistan vətəndaşını qaçırıb.Baş verən hadisə ilə bağlı Hindistanın baş naziri Narendara Modi Hindistan vətəndaşlarının azad olunması üçün bütün vasitələrdən istifadə edilməsinin zəruri olduğunun bildirib.

Oğurlanan Hindistan vətəndaşlarının azad edilməsi üçün Hindistanın İraqda fəaliyyət göstəmiş keçmiş səfiri Sureş Reddi Bağdada göndərilib.

Oğurlananlar Mosul şəhərində xəstəxana inşası ilə məşğul olublar.

Qeyd edək ki, Hindistanın İraqın Tikrit şəhərində olan tibbi personalının da evakuasiya olunacağı gözlənilir.

Tehran Radiosu

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər