Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,terrorçuların Baakuba şəhərinə hücumu zamanı 44 məhkum öldü
İŞİD terrorçuları İraqın Baakuba şəhərində polis məntəqəsinə və həbsxanaya hücumu zamanı orada saxlanılan terrorçu qruplaşma üzvlərinin 44-nü səhvən qətlə yetiriblər.
Qeyd olunur ki, terrorçular həbsxanada olan İŞİD üzvlərini azad etmək üçün polis məntəqəsinə mina atanlardan atəş açıblar, nəticədə həbsxanada olan 44 nəfər ölüb.
İraq ordusunun bu gün günortadan sonra keçirdiyi hava əməliyyatlarında 70 İŞİD terrorçusu və onlara məxsus olan 40 nəqliyyat vasitəsi məhv edilib.
Həmçinin bildirilir ki, İraq ordusu Mosul şəhərinə irimiqyaslı anti-terror əməliyyatına hazırlaşır.
islamazeri.az
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır