17 iyun 2014 - 12:40
Şəmxani: İraq böhranı İraq xalqının düşmənlərinin müdaxiləsindən qaynaqlanır

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi- Əli Şəmxani bu gün İrana səfər etmiş İraq Kürdüstanı məntəqəsinin baş naziri- Niçrəvan Barezani və onu müşayiət edən heyətlə danışıqlarda deyib: İraqda mövcud olan böhran İraq xalqının qərbli və regional düşmənlərinin bu ölkə xalqının istək və iradəsinin reallaşmasının qarşısını almaq məqsədi ilə müdaxiləsi və həmkarlığının nəticəsidir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İran Milli Təhlükəsizlik Ali Şurasının katibi- Əli Şəmxani bu gün İrana səfər etmiş İraq Kürdüstanı məntəqəsinin baş naziri- Niçrəvan Barezani və onu müşayiət edən heyətlə danışıqlarda deyib: İraqda mövcud olan böhran İraq xalqının qərbli və regional düşmənlərinin bu ölkə xalqının istək və iradəsinin reallaşmasının qarşısını almaq məqsədi ilə müdaxiləsi və həmkarlığının nəticəsidir.

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi bu görüşdə İran İslam Respublikasının terrorizm təhdidinin nüfuz etməsi və yayılmasının qarşısının alınmasındakı qətiyyətli mövqeyini vurğulayıb.

İraq Kürdüstanı məntəqəsinin baş naziri də bu görüşdə İraqdakı hərbi, siyasi və təhlükəsizlik dəyişiklikləri haqda ətraflı bir məlumat təqdim edib. O, bu ölkənin Kürdüstan məntəqəsinin təkfirçi terrorçuların hədəsi ilə mübarizə üzrə qətiyyətli iradəsini vurğulayaraq, deyib: İraq xalqı milli birliyi qorumaqla mövcud böhranı da keçmişdəki kimi arxada qoyacaq.

Tehran Radiosu-

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər