16 iyun 2014 - 13:09
İraq ordusu 245 terrorçunu məhv etdi

Tələfər şəhərində ordu ilə İŞİD terrorçuları arasında gedən döyüşlərdə 35 terrorçu məhv edilib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Tələfər şəhərində ordu ilə İŞİD terrorçuları arasında gedən döyüşlərdə 35 terrorçu məhv edilib. Döyüşlərə görə əhalinin bir hissəsi şəhərdən evakuasiya olunub.

Digər xəbərə görə Ənbar vilayətində keçirilən əməliyyatlarda isə 200 terrorçu məhv edilib. Babil şəhəri yaxınlığında gorovul çəkən 10 terrorçu məhv edilib.

Qeyd edək ki, Mosul şəhərində olan kilsələr vəhhabi terrorçular tərəfindən dağıdılır. Qızların təhsil alması və evdən çıxmaları qadağan edilib.

islamazeri.az

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər