Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,ABŞ gələn 6 ay ərzində İranın başqa ölkələrə neft satışına qadağa qoymayacağı öhdəliyi götürdü.
Ağ Evin mətbuat katibi Cey Karninin yaydığı məlumatda bildirilir ki, hazırda neft təchizatı ilə bağlı defisit olmasa da, ölkəsi İranın 6 ay ərzində qara qızıl satmasına yaşıl işıq yandırıb. Kerni əlavə edib ki, beynəlxalq müstəvidə nüvə məsələsinin istifadəsini tənzimləyən qurumlardan İranın öhdəlikləri yerinə yetirməsi barədə müsbət siqnallar almaqdadırlar.
Beynəlxalq ekspertlər isə rəsmi Vaşinqtonun bu addımının Rusiyaya qarşı yönəldiyi qənaətindədirlər. ABŞ İran neftinin dünya bazarına çıxmasına yaşıl işıq yandırmaqla Rusiyanın imkanlarını məhdudlaşdırır.
Axar.az
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır